hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Ermənistanda XAOS - Qiymətlər hər gün bahalaşır

Ermənistanda XAOS - Qiymətlər hər gün bahalaşır

Ermənistanda son bir neçə həftə ərzində maye qazın qiyməti 1.5 dəfə bahalaşıb.

Yenisabah.az xəbər verir ki, artıq bir neçə gündür ölkənin maye qaz bazarı stressli vəziyyətdədir, sürücülər yanacaq çatışmazlığından narazılıq edirlər.

Bundan başqa yanacaqdoldurma məntəqələri maşınlara 5 min dramdan (10 dollar) artıq qaz vurmaqdan imtina edirlər. “Joxovurd” qəzetinin məlumatına görə, yanacaq çatışmazlığı Rusiya və İraqdan idxalla bağlı yaranan problemlərlə əlaqədardır.

“Hazırda Ermənistan hökuməti İran və Qətərlə danışıqlar aparır, amma bütün hallarda yaxın günlərdə qiymətlər daha yüksək olacaq”, - qəzet bildirib.

Erməni sürücülər arasında panika başlayıb. Hazırda qiymətlər yanacaqdoldurma məntəqələrində hər litr üçün 280 drama qalxıb. Halbuki 15 gün bundan əvvəl maye qazın bir litri 180 dram idi.

Cebhe.info


Oxunma sayı: 694