Ermənistanda yoluxma və ölüm rekord həddə çatıb

Ermənistanda koronavirusa yoluxma hallarının sayı 163 576-ya yüksəlib.
Cebhe.info xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Son sutka ərzində 448 yeni yoluxma hadisəsi aşkar edilib. İndiyədək Ermənistanda 2 963 nəfər pandemiyanın qurbanı olub. Son gündə isə 12 nəfər virus səbəbilə həyatını itirib.
İnfeksiyadan sağalanların ümumi sayı 151 849 nəfərdir. Hazırda ölkədə 8 043 nəfər aktiv koronavirus xəstəsidir. Ümumi edilən testlərin sayı 616 520-dir.
Naibə
Cebhe.info
Oxunma sayı: 683
Bizim Telegram səhifəmizi izləyin