Ermənistanda yoluxma yenə artdı: Son statistika

Ermənistanda koronavirusa yoluxma hallarının ümumi sayı 172 456-yə yüksəlib.
Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdindəki Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb. Bildirilir ki, son gün ərzində 240 nəfərdə COVİD-19 aşkarlanıb, 5 nəfər virusdan həyatını itirib.
Ölkədə pandemiya qurbanlarının ümumi sayı 3 200 nəfərə çatıb.
Ermənistanda indiyədək 163 738 nəfər virusdan sağalıb, 4 700 nəfər aktiv koronavirus xəstəsi var. Edilən testlərin ümumi sayı 736 590-dır.
Naibə
Cebhe.info
Oxunma sayı: 606