hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Ermənistandan böyük köç

Ermənistandan böyük köç

Ermənistanda daimi yaşayan əhalinin sayı son bir ildə 11 min 700 nəfər azalıb. 

Cebhe.info-nun məlumatına görə, bu göstəricini ölkənin Dövlət Statistika Komitəsi açıqlayıb. 2019-cu il oktyabrın 1-ə olan məlumata əsasən, Ermənistan əhalisinin sayı 2 milyon 957 min 500 nəfər təşkil edib. Ötən ilin müvafiq dövründə əhalinin sayı 2 milyon 969 min 200 nəfər olub.

Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, yalnız Lori vilayətinin əhalisi 2300 nəfər azalıb. Alaverdidəki mis əritmə zavodunun artıq uzun müddətdir bağlanması nəticəsində 650 nəfər işsiz qalıb. Şirak vilayətində isə vəziyyət daha pisdir. Son bir ildə əhalinin sayında 3300 nəfər azalma qeydə alınıb. Adıçəkilən qəzet Ermənistanda demoqrafik problemin yaranmasını miqrasiyanın artması ilə izah edir. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 551