hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Ermənistanı boş qoyan səfalət: Cəmi 1,7 milyon nəfər qalıb

Ermənistanı boş qoyan səfalət: Cəmi 1,7 milyon nəfər qalıb

2019-cu ildə 17 000 nəfər ermənistanlı miqrant Rusiya vətəndaşlığı alıb.Bu statistikanı Rusiya Daxili İşlər Nazirilyi yayıb.

Ermənistan mediası isə qeyd edir ki, Baş nazir Nikol Paşinyanın “Məxməri inqilab”ı belə, ölkədən kütləvi immiqrasiyanın qarşısını ala bilməyib. ““Məxməri inqilab”dan sonra Paşinyan hökuməti immiqrasiya dalğasına son qoymağı vəd etdi. Ancaq statistika göstərir ki, immiqrasiya haqqında danışmaq lazım deyil və mühacirət tempi qalmaqda davam edir.

Fakt budur ki, Ermənistandan 17 min nəfər artıq Rusiya vətəndaşlığı alıb. Bu indikator həm də Nikol Paşinyan hökumətinin il ərzində iqtisadi inqilabını həyata keçirə və vətəndaşlarda repatriasiya ümidini oyada bilmədiyini əks etdirir”.

Əlbəttə ki, immiqrasiyanın bir çox səbəbi var. Lakin Ermənistanla bağlı əsas səbəb sosial-iqtisadi problemlərdir. İş yerləri yoxdur. Bölgələrdə iş yerləri az gəlirlidir. Bütün bunlar vətəndaşları Ermənistanı tərk etməyə vadar edir. İmmiqrasiyanın əsas istiqaməti Rusiya olaraq qalır. İmmiqrasiya tempinin davam etməsi Paşinyan və onun hökuməti üçün siqnal olmalıdır. Cəmiyyət artıq gözəl çıxışlarla kifayətlənmək və yaşamaq istəmir. İnsanlar yeni iş yerlərinin açılmasını, sosial-iqtisadi vəziyyətin artmasını, iqtisadiyyatın canlanmasını arzulayır. Söz verilmiş iqtisadi inqilab yaxşı bir arzu olaraq qaldı. İqtisadçıların fikrincə, artım tempi çox aşağıdır və iqtisadiyyatın kəskin inkişafı üçün kifayət deyil. Buna baxmayaraq, hökumət özü üçün müxtəlif səxavətli xərcləri məhdudlaşdırmır. Bütün bunlar ictimaiyyətin məyusluğuna, immiqrasiya tempinin artmasına və Ermənistan vətəndaşlığından imtina edilməsinə gətirib çıxarır. İnsanlar yalnız Rusiyaya deyil, mümkün olduqca ABŞ-a və Avropaya da immiqrasiya edir. Hakimiyyət bir növ qaranlıq qüvvələr, əks-inqilab haqqında danışa bilər, amma kiçik daxili siyasi məsələlər bu gün daha yaxşı şəraitdə yaşamaq istəyən geniş ictimaiyyəti maraqlandırmır. Ermənistanda iqtisadi vədlər yerinə yetirilmədiyi təqdirdə yeni bir hakimiyyət dəyişikliyi baş verə, sosial etirazlar başlaya bilər. Bu isə Qarabağ münaqişəsinin həll edilmədiyi halda, dövlətin təhlükəsizliyi və gələcəyi üçün ikiqat təhlükədir”-Ermənistan mediası belə yazır.

Bakı Dövlət Universitetinin Erməni Elmi Tədqiqat və Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdinin sözlərinə görə, vəziyyət qeyd edildiyindən daha gərgindir.

Ermənistanda sosial-iqtisadi durumun pisləşməsi həm miqrasiyanın artmasına, həm də əhalinin sayının kütləvi şəkildə azalmasına gətirib çıxarır: “Ermənistanda “məxməri inqilab” baş verdiyi zaman immiqrasiya prosesi zəifləmişdi. Bu da ermənilərdə müəyyən ümidlərin yaranması ilə bağlı idi. Ancaq sonra gördülər ki, bunların heç bir mənası yoxdur. Hətta bu yaxınlarda ermənilər özləri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla birlikdə müsahibə verdiyini əks etdirən bir video yaymışdı. Orada göstərilir ki, Paşinyan 2015-ci ildən indiyə qədər Ermənistanı tərk edən əhalinin sayı 90 faiz azalıb. Bunu deyəndə, Anna Akopyan heyrətlə Paşinyanın üzünə baxır ki,yalan danışma! Ermənilər bu kadrı 15-20 saniyəlik videokadrda göstərdilər. Mən özüm ermənilərə sosial şəbəkələr vasitəsi ilə yazıram və qeyd edirəm ki, sizin üçün vətən yoxdur. Harada gününüz xoş keçirsə, ora sizdən ötrü Vətəndir. Onu da əlavə edim ki, hazırda Ermənistanda avtoqəzaların sayı Azərbaycanla müqayisədə daha çoxdur. Ölüm hallarının artması müşahidə olunur. Ölkədə həm cinayətlər, həm də orduda ölüm halları artmaqda davam edir. Ermənilər də bilir ki, Paşinyan hakimiyyətdə qaldıqca bu prosesin sonu olmayacaq. Hətta ermənilər arasında enicinslilərin nikaha girməsi halları da artır. Onlar öz təşkilatlarını da yaradıb. ABŞ-da iki erməni oğlanın evləndiyini əks etdirən videokadrlar yayılmışdı. Hindistandan, Kubadan olan və nikaha girmiş eynicinslilər Ermənistana miqrasiya edir. Hazırda Ermənistanda həm sosial, həm də demoqrafik vəziyyət bərbaddır. Əvvəllər Ermənistan əhalisinin sayı 3 milyon nəfərdən artıq göstərlirdi. Hazırda rəsmi statistikada bu göstəricinin 2 milyon 900 min nəfərə yaxın azaldığı bildirilir. Amma o da yalan məlumatdır. Həmin statistika ölkədə qeydiyyatda olanların sayıdır. Amma Ermənistan televiziyasında ölkədə 1 milyon 700 min əhali qaldığı deyilir. Bu azalma davam edir”.

Ermənişünas ekspert hesab edir ki, Paşinyanın hakimiyyətini itirəcəyinə dair proqnozlar həqiqətə uyğundur: “Paşinyan2019-cu ilin sonuna qədər sosial-iqtisadi problemləri həll edəcəyinə söz verib. İlin başa çatmasına isə çox az müddət qalıb. Onun kadrları da çox zəifdir. Onlar hakimiyyətə həvəslə gəlsələr də idarəetmə təcrübələri yoxdur. Ermənilər də yüksək həyat tərzi tələb edir. Hökumət binasının qarşısında hər gün aksiya keçirilir. Lakin Ermənistanda hakimiyyət dəyişikliyinin problemləri həll edəcəyinə inanmıram. Çünki Ermənistanın normal iqtisadi potensialı yoxdur. Onlar şimal-cənub nəqliyyat dəhlizinin reallaşmasına ümid edirlər. Hesab edirlər ki, birbaşa Gürcüstana çıxış əldə edəcəklər. İrandan Gürcüstana yükdaşımalara görə, transit haqları alacaqlarına ümid edirlər. Bunlar isə kiçik amillərdir və sosial-iqtisadi problemləri aradan qaldıra bilməz. Hətta Kim Kardaşyana da ümid bəsləyirlər. Kim Kardaşyan Ermənistanda kosmetika məhsulları istehsal edən müəssisə açacağına söz verib. Bu da guya Ermənistana gəlir gətirəcək. Amma Kim Kardaşyan öz işi ilə məşğuldur və Ermənistana pul xərcləmək onun marağında deyil. Paşinyanın xaricim investorları ölkəyə cəlb etmək siyasəti də nəticə vermədi. O, qondarma erməni soyqırımına dair qətnamənin ABŞ Konqresində qəbuluna nail olsa da Türkiyə Prezidenti Ərdoğanın Ağ Evə səfərindən sonra onun bu siyasəti də iflasa uğrayıb”. 

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 2234