hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ermənistanı qarışdıran əl: “Çevriliş cəhdi Türkiyəyə qarşı yönəlib” – RƏY

Ermənistanı qarışdıran əl: “Çevriliş cəhdi Türkiyəyə qarşı yönəlib” – RƏY

“Müttəfiqlərinin yenidən Ermənistanı silahlandırmasını qeyd edən və sərt şəkildə tənqid edən Prezident İlham Əliyev məhz regionda sülh təhlükəsizliyə təhdid olan Rusiyanı nəzərdə tutur”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib:

“Çünki Rusiya Ermənistanın müttəfiqi və bu işğalçı ölkəni silahlandıran dövlətdir. Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ona görə də Prezident haqlı olaraq sual verir. Ermənistanı kimə və nəyə görə silahlandırırsız?! Belə bir ölkənin ordusu olmamalıdır tezisini irəli sürməklə, konkret olaraq Moskvanı bu siyasətdən əl çəkməyə çağırır. Təbii ki, Moskva Ermənistanı silahlandırmaqla regionda növbəti illərdə gərginlik yaratmağa çalışır. Rusiya Azərbaycana öz geosiyasi layihələrinə üzv olmaq üçün müəyyən təzyiqlər edir. Rəsmi Bakı Rusiyanın bu təkliflərində maraqli deyil.

Prezidentin məhz bu açıqlaması Moskvaya “sizin layihələrinizdə yer almayacağıq” mesajıdır. Azərbaycan Türkiyə-Böyük Britaniya ilə birgə yeni bir siyasi-iqtisadi və hərbi mərhələyə qədəm qoyub. Bu, Azərbaycanın təhlükəsizliyini gücləndirir. Ona görə də Prezidentin ötən günki mövqeyi birbaşa hansı xəttə üstünlük verdiyini göstərir. Regionda yeni bir siyasi mərhələ başlayıb. Qarabağ müharibəsindən sonra Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirir. Müstəqil şəkildə Türkiyə ilə birgə kordinasiyalı bir sistem qurur. Türkiyənində hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiyada öz siyasi-iqtisadi mövqelərini möhkəmləndirməkdir. Bu istiqamətdə fəaliyyəti Azərbaycanla birgə həyata keçirir”.

Politoloq hesab edir ki, Ermənistanda hərbi çevrilişə cəhd məhz Türkiyənin regionda aktiv siyasətinin qarşısının alınmasına yönəlib:

“Çünki "Qarabağ klanı" hakimiyyətə gələrsə, Mehri dəhlizi açılmaya bilər. Ona görə də Rusiya rəhbərliyi regionda konkret olaraq öz mövqeyini qorumaqla şərtlərini diktə etməyə çalışır. Türkiyədə bununla razı deyil. Hazırda situasiya gərgindir. Moskva vəziyyəti gərginləşdirməyə çalışır. Amma buna nail olmayacaq”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1695