hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Ermənistanın daha bir şahmatçısı ABŞ-a köçdü

Ermənistanın daha bir şahmatçısı ABŞ-a köçdü

Ermənistan şahmatçısı Vladimir Akopyan bundan sonra ABŞ-ın bayrağı altında çıxış edəcək.

“Sputnik Armeniya” xəbər verir ki, Akopyan artıq FİDE-nin son reytinqində ABŞ şahmatçısı kimi təqdim edilir.

O, reytinqcə (2 638) amerikalı şahmatçılar arasında 12-ci yerdədir. ABŞ-da 100 şahmatçı sırasında isə Samvel Sevyan 5-ci, Varujan Akopyan 16-cı, Melikset Xaçiyan 53-cü yerdədir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın tanınmış şahmatçısı Levon Aronyan da ABŞ-a köçüb/Report.

Cebhe.info


Oxunma sayı: 452