hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistanın “intiharı” nəticəsini verir: “Qarşıdakı 11 gündə...”

Ermənistanın “intiharı” nəticəsini verir: “Qarşıdakı 11 gündə...”

“Rusiya Prezidenti Vladimir Putinin "Razılaşmaya əməl etməməsi Ermənistanın intiharı olar" bəyanatı artıq öz nəticəsini verir.

Kəlbəcərdən nəzərdə tutulan vaxtda çıxmayan, bəhanə gətirən ermənilər Ağdamı qrafik üzrə tərk etdilər. İndi qalır erməni qoşunların 25 noyabr və 1 dekabr tarixinədək Kəlbəcər və Laçından çıxmaları...”

Cebhe.info xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü qeyd edib.

Onun sözlərinə görə, qarşıdakı 11 gündə hər hansı fövqəladə hadisə, o cümlədən Ermənistanda çevriliş baş verməzsə, hər şey nəzərdə tutulan qrafik üzrə gedərsə, yaxın gələcəkdə bölgədə Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığında yeni səhifə açılacaq və qonşu İran da fəal şəkildə bu prosesə cəlb ediləcək:

“Bölgənin təhlükəsizliyinə əsas problem olan Ermənistanda məğlub Paşinyan hökumətinin yerinə isə böyük ehtimalla, Azərbaycanla əldə olunan razılaşmanı qəbul edəcək, həm Rusiya, həm də Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olacaq şəxs hakimiyyətə gətiriləcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3367

Bizim Telegram səhifəmizi izləyin