hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Ermənistanın rəsmi şəxsləri Azərbaycana gəlir: Paşinyan razılıq verib

Ermənistanın rəsmi şəxsləri Azərbaycana gəlir: Paşinyan razılıq verib

Baş nazir Nikol Paşinyanın razılığı ilə Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Cebhe.info-nun məlumatına görə, Ermənistan mediası bu barədə məlumat yayıb. Azərbaycana gələcək nümayəndə heyətinə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur nazirliyinin Texniki Siyasət Şöbəsi və Avtomobil Nəqliyyatı Departamentinin rəisi Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin Çoxtərəfli Siyasət və İnkişaf üzrə Əməkdaşlıq Departamentinin müşaviri Artem Aznauryan daxildir.

Ermənistan hökumətnin təmsilçilərinin dekabrın 4-7-dək Bakıda TRASEKA-nın yaranmasının 20 illiyinə həsr olunmuş 14-cü iclasında və konfransında iştirak edəcəyi bildirilir.

Müşfiq Abdulla

Cebhe.info

 


Oxunma sayı: 6920