hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Ermənistanın XİN rəhbəri özünə bəraət qazandırmalı oldu

Ermənistanın XİN rəhbəri özünə bəraət qazandırmalı oldu

İnternet-seqmentin erməni istifadəçiləri Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla çəkilmiş fotosunu müzakirə edirlər.

Virtualaz.org-un məlumatına görə, “Biz də insanıq, danışa, zarafat edə bilərik", – deyə Zöhrab Mnatsakanyan iradlara cavab olaraq bildirib.

Ermənistan KİV-in “elə bir təəssüratı formalaşdı ki, Elmar Məmmədyarov Mnatsakanyanı birlikdə şəkil çəkdirmək üçün çevrilməyə çağırır” qeydinə münasibət bildirərkən, xarici işlər naziri vurğulayıb: "Bəli, dedi ki, ünsiyyət qura bilməyəcəyimizi düşünməmələri üçün birlikdə bir şəkil çəkdirək. Mən də cavab verdim ki, o haqlıdır, biz ünsiyyət qura bilərik, danışıqlar apara bilərik və birlikdə işləyə bilərik. Bu normal bir vəziyyətdir, bu məsələdə əlahiddə bir şey yoxdur".

Cebhe.info


Oxunma sayı: 353