hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistanın xüsusi təyinatlı polis dəstəsi döyüşdən qaçıb - RƏSMİ

Ermənistanın xüsusi təyinatlı polis dəstəsi döyüşdən qaçıb - RƏSMİ

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Cebhe.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib.

Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.

Xəzər

Cebhe.info


Oxunma sayı: 14851

Bizim Telegram səhifəmizi izləyin