hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistanın yeni Müdafiə naziri: Gürcüstanda doğulub, Azərbaycanda oxuyub...

Ermənistanın yeni Müdafiə naziri: Gürcüstanda doğulub, Azərbaycanda oxuyub...

Xəbər verdiyimiz kimi, Vaqarşak Harutyunyan Ermənistanın yeni Müdafiə naziri təyin edilib.

Cebhe.info xəbər verir ki, o, 28 aprel 1956-cı ildə Gürcüstan SSR-nin Axalkalaki şəhərində anadan olub.

1978-ci ildə Bakıda S. Kirov adına Ali Hərbi Dənizçilik Məktəbini bitirib.

1978-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.

1999-2000-ci illərdə Ermənistan Respublikasının Müdafiə naziri vəzifəsində çalışıb.

2002-ci ildə müxalif "Cümhuriyyət" Partiyasına qoşulub.

2007-ci ildə "Milli Dirçəliş Partiyası"nı yaradıb.

19 avqust 2020-ci ildə Ermənistan Respublikası Baş naziri Nikol Paşinyanın baş müşaviri təyin edilib.

Naibə
Cebhe.info


Oxunma sayı: 958

Bizim Telegram səhifəmizi izləyin