hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO

Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində keçirilən sosial eksperimetdən çəkilən videogörüntü böyük marağa səbəb olub.

Belə ki, pulu olmayan və ac olan əsgər yoldan keçən polis əməkdaşlarından kömək istəyib. Polislər əvvəlcə əsgərə mobil telefonlarını verib və onun danışmağı üçün şərait yaradıblar. Daha sonra polislər ciblərində olan bütün pulu əsgərə veriblər.

Unikal.org-un məlumatına görə, sözügedən görüntülərdə əsgərə yardım edən polislər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 4-cü kurs tələbələri Abuzərli Qoşqar və Sulxayzadə Tacirdir.

Onlar həmin vaxtı Gəncə Baş Polis İdarəsində praktikada olublar. 

Sözügedən görüntülərdən sonra Gəncə Baş Polis İdarəsinin rəhbərliyi Abuzərli Qoşqar və Sulxayzadə Tacirə göstərdikləri nümunəvi hərəkətə görə, şəxsi heyətin və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun adından təşəkkür ediblər. Bizim kursantlar da göstərilən diqqətə görə, razılıqların bildiriblər.

Cebhe.info


Oxunma sayı: 540