hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əsgərilkdən qayıdan oğulları üçün məclis təşkil edənlər cərimələndi

Əsgərilkdən qayıdan oğulları üçün məclis təşkil edənlər cərimələndi

Quba və Xaçmazda karantin qaydalarını pozaraq məclis təşkil edən şəxslər cərimələniblər.

Cebhe.info xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusunun qarşısı Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb. Belə ki, bölmə əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Cebhe.info


Oxunma sayı: 1332