hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Əsir və girovlar azadlığa buraxıldı

Əsir və girovlar azadlığa buraxıldı

Özünü “Luqansk Xalq Respublikası” adlandıran separatçı qurum 54 nəfər məhkumu sentyabrın 12-də rəsmi Kiyevə təhvil verib. 

Cebhe.info-nun məlumatına görə, bu barədə Donbas problemi üzrə əlaqə qrupunun Luqanskdakı nümayəndəsi Olqa Kobtseva açıqlama yayıb. 2014-cü ildən əsir və girov saxlanılan 54 nəfər Ukrayna vətəndaşlarının qaytarılması prosesi Sçastye şəhərində qondarma rejimin nümayəndələrinin və Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib. 

Ukrayna Prezidenti Vladimir Zelenskinin də artıq 22 nəfəri əfv etdiyi bildirilir. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 430