t Əsirlərin qaytarılması ilə bağlı danışıqlar davam edir
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Əsirlərin qaytarılması ilə bağlı danışıqlar davam edir

Əsirlərin qaytarılması ilə bağlı danışıqlar davam edir

“Azərbaycanda olan Araik Kazaryan və Karen Kazaryanın geri qaytarılması məsələsi ətrafında proseslər davam edir”.

Cebhe.info-nun məlumatına görə, jurnalistlərə müsahibəsində Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan belə deyib. “Mənim üçün bu sual çox həssasdır. Təəssüf ki, hazırda söyləyəcək heç bir sözüm yoxdur, proseslər davam edir”, - Mnatsakanyan əlavə edib. Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri  Artsrun Ovannisyan, hazırda Azərbaycanda bir Ermənistan vətəndaşı olduğunu təsdiqləyib. 

"Mən hazırda Azərbaycanda bir Ermənistan vətəndaşının olduğunu təsdiqləyirəm. Lakin aidiyyəti qurumlar onun vəziyyəti, şəxsiyyəti və digər təfərrüatları barədə məlumat verəcəklər" - Ovannisyan “Facebook” səhifəsində belə yazıb.

Xatırladaq ki, Berdavan sakini Karen Kazaryan 15 iyul 2018-ci ildə Tovuz rayonu istiqamətində Azərbaycan tərəfinə əsir düşüb. Dağlıq Qarabağ sakini Araik Kazaryan isə 2018-ci il avqustun 12-də cəbhənin cənub-şərq istiqamətində Azərbaycan tərəfinə könüllü təslim olub. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 1299