hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Etibar Məmmədovdan Qarabağ müraciəti

Etibar Məmmədovdan Qarabağ müraciəti

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov BDİ sədri Stefan Harperə, BDİ Baş katibi Kristian Kattnerə və bu qurumun üzvü olan dünyanın aparıcı siyasi partiyalarına müraciət ünvanlayıb.

“Yeni Sabah”ın xəbərinə görə müraciətdə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi, 30 ildən artıqdır ki, davam edir, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qətnamələri, eləcə də 27 sentyabrdan etibarən davam edən hərbi əməliyyatlarla bağlı məlumatlar yer alıb.

Daha sonra Ermənistan tərəfindən Gəncə və digər ərazilərimizdə mülki əhalinin hədəf alınması, hümanitar atəşkəsə əməl etməməsi ilə bağlı da məlumat verilib.

ATƏT Minsk Qrupunun fəaliyyətsizliyinə toxunan Etibar Məmmədov ötən illər ərzində ATƏT-in Minsk Qrupunun heç bir irəliləyişə nail olmadığını bildirib.

Onun fikrincə, əslində daha çox bu qurum daha çox problemin konservləşdirilməsinə xidmət edib. BMT Təhlükəsizlik Şurası Qətnamələrinin icrasıyla bağlı Ermənistana təzyiq göstərmədiklərini xüsusi olaraq qeyd edib.

Sonda Etibar Məmmədov BDİ rəhbərliyinə və partiya liderlərinə müraciət edərək münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasından asılı olduğunu qeyd edib və bununla bağlı Ermənistana təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Etibar Məmmədov hər kəsi bu prossesdə iştirak etməklə sülhün bərqərar olmasına tohfə verməyə çağırıb.

Cebhe.info


Oxunma sayı: 1189

Bizim Telegram səhifəmizi izləyin