hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi - 100 minlik TƏLƏB

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi - 100 minlik TƏLƏB

"Euroclima" MMC "Azenco" ASC-ni məhkəməyə verib.

Unikal.org-un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC xidmət müqaviləsinə görə ödənilməmiş ümumilikdə 96 810 manat pulun tutulmasını istəyib.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.

Belə ki, Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir.

İş materiallarından görünür ki, iddia ərizəsinə cavabdeh "Azenco"ASC tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sənəd əlavə edilməyib.

Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılıb.

Qeyd edək ki, şirkət “AzərEnerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus olduğu, onun yaxın qohumları tərəfindən idarə olunduğu bildirilir.

Xatırladaq ki, “Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir.

Cebhe.info


Oxunma sayı: 716