hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

Etirazçılar Paşinyana “türk” dedilər: Baş nazir işə getmək üçün barrikadanı yardı

Etirazçılar Paşinyana “türk” dedilər: Baş nazir işə getmək üçün barrikadanı yardı

Ermənistan polisi paytaxtı İrəvanda üçüncü hökumət binası qarşısında aksiya keçirən nümayişçiləri saxlayıb.

Cebhe.info-nun məlumatına görə, əvvəlcə polis qüvvələri hökumətin 3-cü binasına cəmləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanın ətrafında sədd yaradıb və vətəndaşların hərəkətini məhdudlaşdırıb.

Baş nazir Nikol Paşinyan “Xain Nikol”, “Nikol Türk” qışqıran etirazçıların arasından keçərək binaya daxil olmağı bacarıb. 25 nəfərin həbs edilərək polis bölməsinə aparıldığı bildirilir.

Qeyd edək ki, aksiya 16 müxalifət partiyasının birləşdiyi Vətənin Xilası Uğrunda Hərəkatı tərəfindən təşkil edilib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 584