hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ev alqı-satqısında yeni fırıldaq - Aldanmamaq üçün oxuyun

Ev alqı-satqısında yeni fırıldaq - Aldanmamaq üçün oxuyun

Bakıda hər il sənədsiz evlərin alqı-satqısı əməliyyatlarından həm dövlət, həm də vətəndaşlar xeyli dərəcədə ziyan görür.

Xüsusilə rayondan gələn vətəndaşlar mənzil fırıldaqçılığı ilə qarşılaşırlar. Bunun səbəbi həm mənzillərin alqı-satqı üçün lazımi sənədlərinin tamamlanmaması, həm də vətəndaşların məlumatsız olmağıdır.

Maraqlıdır, hansı evlər notariusda alqı-satqıya çıxa bilər? Hansı hallarda vətəndaşlar alqı-satqıda fırıldaqçılıqla qarşılaşırlar? Bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, əgər mənzil yüklü deyilsə, alqı-satqı prosesinə cəlb oluna bilər:

"Əgər mənzilin, obyektin, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reys dilindən çıxarışı mövcuddursa, həmin çıxarışla birlikdə vətəndaşlar, yəni alıcı və satıcı tərəflər notariata yaxınlaşır. Notariat kontrollarında əmlakın yüklü olub-olmadığına dair 15-20 dəqiqə ərzində onlayn formada arayış təqdim olunur. Əgər mənzil yüklü deyilsə, alqı-satqı prosesinə cəlb olunur. Yəni proses həddindən artıq sadə və aydındır.

Mülki qanunvericilikdə də daşınmaz əmlak üzərində hüquqların tanınması ilə bağlı müddəalar kifayət qədər aydındır. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən əsas sənəd çıxarış hesab olunur. Sadəcə Azərbaycanda bu gün daşınmaz əmlak sahəsində islahatların getdiyini eyni zamanda çox sürətlə yeni daşınmaz əmlak fondunun meydana çıxdığını nəzərə alaraq qeyd etmək olar ki, Azərbaycanda bu gün xeyli sayıda hələ istismara qəbul olunmayan, sənədləri mövcud olmayan, eyni zamanda müvafiq qanunvericiliyin tələblərinə zidd qaydada inşa olunmuş, sənədsiz tikililər mövcuddur".

Ekspert qeyd edib ki, yuxarıda qeyd edilən sənədsiz tikililərin əksəriyyəti də bu gün alqı-satqı prosesinə cəlb olunur:

"Məsələn, bu gün yeni tikililərin əksəriyyətində mənzil tikinti koperativləri ilə vətəndaşlar arasında bağlanan ikitərəfli müqavilələrlə vətəndaşlara ev satılır. Bu müqavilələrin əksəriyyəti tərəflərin ikisi arasında imzalanır. Yəni notariat kontrolunda deyil. Hesab edirəm ki, burada kifayət qədər riskli proseslər mövcuddur. Son illərdə də praktikada da şahid oluruq ki, bəzi tikinti koperativləri vətəndaşları aldatmaq yolu ilə külli miqdarda vəsaiti mənimsəyirlər və əvəzində onlara verməli olduqları evləri ya tikib başa çatdırmırlar, ya da ümumiyyətlə, tikinti başlamayıb. Nəticədə vətəndaşlara ziyan dəyir. Bu proseslərdən yayınmaq üçün vətəndaşlar yeni tikililərin alqı-satqısı zamanı müvafiq qanunvericiliyin tələblərini əsas götürərək bu müqavilələrin notariat kontrollarında imzalanmasını tələb edə bilərlər. Sadəcə vətəndaşlar bir qədər bu proseslərdən bir qədər məlumatsızdırlar deyə bu hadisələr baş verir.

Eyni zamanda tam sənədi olmayan tikililərin, sadəcə tərəflər arasında əlyazma sənədləri ilə alqı-satqıya cəlb olunması həyata keçirilir. Hesab edirəm ki, bu yanlış yoldur. Gələcəkdə tərəflər arasında münasibətlərin tənzimlənməsində olduqca risklidir və həlli çətin olan məsələdir".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 7459

Bizim Telegram səhifəmizi izləyin