hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Evdə müalicə olunanlara dərman veriləcək- QƏRARGAH

Evdə müalicə olunanlara dərman veriləcək- QƏRARGAH

“Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz və koronavirusun yüngül əlamətləri olan şəxslər üçün nəzərdə tutulur. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır, dərman təchizatı təmin olunacaq”.

Cebhe. info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalovun sözlərinə görə, simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur: “Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması nəzərdə tutulur”.

Xəzər
Cebhe. info


Oxunma sayı: 1695