hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Evdən qızıl-zinət və məişət əşyaları oğurlandı

Evdən qızıl-zinət və məişət əşyaları oğurlandı

Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 573