hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Everestdə buzlar əridi, cəsədlər ortaya çıxdı

Everestdə buzlar əridi, cəsədlər ortaya çıxdı

Planetin ən yüksək dağ zirvəsi Everestdə buzlar əriməyə başlayıb. Əriyən buzların altından zirvəyə qalxan zamanı ölən alpinistlərin cəsədləri də ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, ekspertlər buzların əriməsini qlobal istiləşmə ilə əlaqələndiriblər.

Rəsmilər deyirlər ki, dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşən Everestdə buzlar əriməsi ilə onilliklər ərzində cəsədləri itkin düşmüş bəzi alpinistlərin cəsədləri tapılıb. Son 100 il ərzində 200-dən çox alpinistin Everestə qalxarkən öldüyü bildirilir.

Nepaldan olan ekspertlər Everest dağındakı buzların hər keçən ay daha sürətlə əridiyi barədə xəbərdarlıq edib. Ekspertlərə görə, əgər qlobal istiləşmə nəzarətə alınmazsa, 100 il ərzində Everstdəki buzlaqlar demək olar ki, tamamilə yoxa çıxa biləcək. 

Qeyd edək ki, Çin hökuməti ilin əvvəlində Everestə qalxma icazəsi verəcəyi alpinistlərin sayını azaltacağını açıqlamışdı.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1087