hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Evimizdəki şüa: Tikinti materialları radiasiya saçır? - “Özbaşına isə heç kimin evinə gedib…” - DİREKTOR

Evimizdəki şüa: Tikinti materialları radiasiya saçır? - “Özbaşına isə heç kimin evinə gedib…” - DİREKTOR

Gündəlik həyatımızda radiasiya təhlükəsi ilə üzləşirik.

Ətrafımızda-yerdə, havada, tikinti materiallarında, hətta qidada radioaktiv maddələr var.

Şüalanmadan qaçmaq mümkün deyil. Amma qorunmaq üçün müvafiq tədbirlərin görülməsi vacibdir. İddialara görə, son illər Azərbaycanda tikilən hündürmərtəbəli bina və hotellərdə həddindən artıq radiasiya təhlükəsi olur. Bu isə inşa zamanı istifadə olunan tikinti materialları ilə bağlıdır. Tikinti bitdikdən sonra müvafiq qurumların apardığı radiasiya testləri nəticəsində şüalanma təhlükəsinin həddi yoxlanılmalı, doza müəyyənləşdirilməli və müəyyən olunmuş standartdan yuxarı hədd olarsa, mənfi rəy verilməlidir. Azərbaycanda yaşayış binalarında radiasiya təhlükəsi ilə bağlı testlərin aparılması və nəticələri ilə bağlı hər hansı məlumata rast gəlmirik.

Məlumat üçün bildirək ki, radioaktiv maddələr orqanizmə daxil olduqda sinir sisteminin funksiyası pozulur, qalxanabənzər vəzini, ağ ciyərləri, mədə-bağırsağın selikli qişasını zədələyir və nəticədə, insan bədənindəki hüceyrələr sıradan çıxır.

Maraqlıdır, tikintidə istifadə edilən materiallarla bağlı radiasiya testləri aparılırmıə

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Cebhe.info-ya bildirilib ki, qanunvericiliyə görə, onların belə bir test aparmaq səlahiyyətləri yoxdur.

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov da eynilə həmin məsələdə səlahiyyət sahibi olmadıqlarını deyib: “Bizim belə bir test aparmağa ixtiyarımız yoxdur. Əgər Fövqəladə Hallar Nazirliyi məktubla bizə müraciət edərsə, o zaman radiasiya təhlükəsini yoxlaya bilərik. Amma xüsusi müraciət olanda əməkdaşlarımız gedib yoxlaya bilir. Özbaşına isə heç kimin evinə gedib yoxlama aparmaq səlahiyyətimiz yoxdur. İnsanlar da buna razı olmaz. Bir neçə müraciət olub, yoxlamışıq, amma ciddi problem çıxmayıb. Ümumiyyətlə, Azərbaycan nüvə ölkəsi olmadığına görə radiasiya ilə bağlı yuxarı hədd, yəni ciddi təhlükə olmur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1970