hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Evlərdəki ölüm makinası: "Silahını könüllü təhvil verənlər məsuliyyətdən azad olunsa da..."

Evlərdəki ölüm makinası: "Silahını könüllü təhvil verənlər məsuliyyətdən azad olunsa da..."

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də saat 10 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Abıyevanın odlu silahla qətlə yetirilmiş meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla zərərçəkmişin əri, 1984-cü il təvəllüdlü Mais Abıyevin qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq Günay Abıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mais Abıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ümumiyyətlə, son günlər bu tip qətl hadisələrinin sayı artıb. Qətllər soyuq silahla yanaşı evlərdə saxlanılan odlu silahla da törədilir. Hətta ov silahı ilə törədilən hadisələr də olur.

Bu qəbildən cinayətlərin artması silah satışı prosedurunu çətinləşdirə bilərmi?

Bu barədə Cebhe.info-ya açıqlamasında hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, hadisələrin qarşısını almaq üçün yerlərdə qanunsuz saxlanılan ov silahlarının əldə edilməsini məhdudlaşdırmaq lazımdır:

"Bu insanların psixologiyasında olan çatışmazlıqdan asılıdır. O insanlar ətrafına qarşı heyvani hislər bəsləyirlər. İnsan tanıdığı, bir yerdə yaşadığı şəxsi öldürə bilərmi? Bu hadisələrin qarşısını almaq üçün yerlərdə qanunsuz saxlanılan ov silahlarının əldə edilməsini yığışdırmaq lazımdır. 2000-ci ildən bəri hər il əhalidə saxlanılan qanunsuz silahların yığılması başlanılır. Amma bu son illərdə demək olar ki, tükənib. Hətta Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi ki, kim qanunsuz silahları gətirib təhvil versə, onlar məsuliyyətdən azad olunur. Bu istiqamətdə işlər həqiqətən də öz səmərəsini verdi. Amma son illər belə hadisələr çoxalıb. Bu yalnız dediyim kimi, psixologiyadan asılıdır. Belə qətl hadisələrinin törədilməsində isə təkcə ər-arvadın yox, həm də onların yaxın ətrafının rolu olur".

Naibə
Cebhe.info


Oxunma sayı: 727