hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Əvvəl yol çəkilir, sonra sökülür: "Məlum olur ki, kommunikasiya xətləri çəkilməyib”-Saleh Məmmədov

Əvvəl yol çəkilir, sonra sökülür: "Məlum olur ki, kommunikasiya xətləri çəkilməyib”-Saleh Məmmədov

2023-cü ilədək Bakının qəsəbələrində yol problemi həllini tapacaq.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqdə bildirib.

“Paytaxtın qəsəbələrində qeyri-qanuni məskunlaşma nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikilib, həmin ərazilərin isə təbii ki, yolu yoxdur. Bəzən bu ərazilərə yol çəkdikdən sonra məlum olur ki, kommunikasiya xətləri çəkilməyib. Odur ki, çəkdiyimiz yolu yenidən sökməli oluruq. Bu isə işimizi ləngidir”, - deyə o, əlavə edib.

Cebhe.info


Oxunma sayı: 1354