hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Eynək taxanlar koronavirusa yoluxmur?

Eynək taxanlar koronavirusa yoluxmur?

Həkimlər gündəlik olaraq adi eynək taxmağın koronavirusa yoluxma riskini azalda biləcəyini deyirlər. Pandemiyanın ilk dövrlərindən bildirilib ki, qaydalara riayət etməklə eynək taxmaq COVID-19-a yoluxma riskini azaldır.

Cebhe.info e-tibb.az-a istinadən xəbər verir ki, artıq alimlər bununla bağlı tədqiqatlar da aparıblar. Çinin Hubey və Jianxi vilayətlərində yerləşən bir neçə xəstəxanadan olan tədqiqat qrupunun bununla bağlı məqaləsi “JAMA Oftalmologiya” jurnalında yayımlanıb.

Alimlər, Hubey əyalətindəki xəstəxanalardan birinə COVID-19 səbəbilə yerləşdirilən 276 xəstə arasında gündə ən azı səkkiz saat eynək taxan miopiya xəstələrinin sayının az olduğunu bildiriblər. Eynək taxanların yalnız 6%-də virusa yoluxmaya rast gəlinib, bu da əhali üçün orta göstəricidən xeyli aşağıdır (32 faiz).

Həkimlər eynək taxmanın yoluxma riskini azalda biləcəyini bildirirlər, çünki bu vəziyyətdə insanların gözlərinə toxunma ehtimalı azdır və virus əllərin səthindən selikli qişaya keçmir. Bundan əlavə, adi eynəklər gözləri havada olan virus hissəciklərindən müəyyən dərəcədə qoruyur.

Cebhe.info


Oxunma sayı: 4610

Bizim Telegram səhifəmizi izləyin