hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Eyyub Hüseynov: “Bu cür xəbərlər sifarişlə yazılır”

Eyyub Hüseynov: “Bu cür xəbərlər sifarişlə yazılır”

Sağlam bir seçim olaraq görülən meyvə suyunun digər şəkərli içkilərlə müqayisədə çox az faydası var.

Belə ki, çoxlu meyvə suyu qəbul etməyin erkən ölüm riskini artırmada limonad və koka-kola qədər təsirli olduğu ortaya çıxıb.

Araşdırmaya görə, gündəlik 350 qram meyvə suyunun qəbulu erkən ölüm riskini 24 faiz artırır və həzm olunduğu zaman digər içkilərdə olan kimyəvi şəkərdən fərqli bir xüsusiyyət daşımır.

Görəsən, meyvə şirəsi doğrudan da erkən ölüm riskini artırırə

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür əsassız fikirlər sadəcə dezinformasiyadır:

“Hətta istifadə olunan su belə, bir ailənin beş üzvündən ikisinə pis təsir edə bilər. Qida və orqanizmin fərdi xüsusiyyətləri hələ elm tərəfindən tam öyrənilməyib. Bəli, insanın şəkər xəstəliyi kimi elə bir xəstəliyi olar bilər ki, o bir stəkan meyvə şirəsi içər və dünyasını dəyişə bilər”.

Eyni zamanda birliyin sədri belə tədqiqatların pul qarşılığında aparıldığını və heç bir əhəmiyyət daşımadığını da qeyd edib:

“Biz dünyanın hər bir ölkəsində ən məşhur alimlərin sifarişlə bu cür fikirlər yazmasına rast gələ bilərik. Fikrimcə, bu cür xəbərlər sifarişlə yazılır. Bunu istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın üzvü kimi deyirəm. Təsadüfi deyil ki, koka-kolanı tərifləyən, bitkilərlə, hətta qurbağayla müalicəni tərifləyən alim yazıları da vardır. Lakin biz heç bir akademik jurnalda bu deyilənlərə rast gələ bilmərik”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1915