hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Fövqəladə Hallar Nazirliyi itkin düşən gürcü balıqçılarla bağlı hərəkətə keçdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi itkin düşən gürcü balıqçılarla bağlı hərəkətə keçdi - VİDEO

Dekabrın 2-də Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün əraziyə baxış keçirilməsi barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.

Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə, bununla bağlı gölün Azərbaycan Respublikası (Ağstafa rayonu) ərazisinə düşən hissəsində axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Cebhe.info


Oxunma sayı: 496