hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Füzuli və Cəbrayılı işğal edən “Qəssab”ın ayağını kəsirlər

Füzuli və Cəbrayılı işğal edən “Qəssab”ın ayağını kəsirlər

Azərbaycan torpaqlarının işğalında erməni quldur dəstələrinə komandirlik etmiş Manvel Qriqoryan komaya düşüb. 

Cebhe.info-nun məlumatına görə, bu barədə səhhəti pisləşən M.Qriqoryanın vəkili Levon Baqdasaryan açıqlama verib. Qeyd edək ki, “Qəssab” ləqəbi ilə tanınan “Yerkrapa” Könüllülər Hərəkatı adlı terror təşkilatının başçısı Manvel Qriqoryan xüsusilə də Füzuli və Cəbrayıl rayonlarının işğalı əməliyyatına rəhbərlik edib. Azərbaycanlı əsirlərə qarşı xüsusi qəddarlığı ilə seçildiyinə görə M.Qriqoryan “Qəssab” ləqəbi adını qazanıb. Lakin sonradan onun erməni əsgərləri də öldürtdüyü, qul kimi işlətdiyi, orduya ayrılan pulu və digər maddi vasitələri mənimsədiyinə dair faktlar üzə çıxıb. Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra-2018-ci ilin iyul ayında M.Qriqoryanı korrupsiya və quldurluq əməllərinə görə həbs etdirib. Vəkil Baqdasaryan bildirib ki, bir müddət məhbuslar üçün nəzərdə tutulmuş müalicə müəssisəsində qalan M.Qriqoryan sonradan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə köçürülüb. Lakin orada koma vəziyyətinə düşən M.Qriqoryanı hökumətə müraciət etdikdən sonra mülki vətəndaşların müalicə olunduğu xəstəxanaya aparıblar. 

Vəkilin məlumatına görə, “Surb Qriqor Lusavoriç” Tibb Mərkəzində həkimlərin konsiliumu keçirilib və M.Qriqoryanın vəziyyəti ilə bağlı qərar qəbul olunub. “Nəticədə, onun 30-a yaxın ağır xəstəliyinə daha üçü əlavə olunub. Mən onlar barədə danışmayacam. Müəyyən edilmiş xəstəlik nəticəsində o, amputasiya olunacaq. Onun səhhəti belə bir vəziyyətə gətirlib”, - deyə L.Baqdasaryan bildirib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 804