hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

"Facebook"-a köhnə xəbərlərlə bağlı yeni funksiya gəlir

"Facebook"-a köhnə xəbərlərlə bağlı yeni funksiya gəlir

"Facebook" bildiyiniz kimi, son illərdə saxta və yalan xəbərlərlə bağlı mübarizə aparmağa çalışır.

Artıq bu xəbər kateqoriyasına köhnə xəbərlər də daxil edilir. İstifadəçilər bəzən sosial mediada köhnə xəbərləri yeni xəbər kimi təkrar gündəmə gətirə bilir. "Facebook" da bunun olmaması üçün yeni bir bildiriş sistemi funksiyası əlavə edəcək.

"Facebook" paylaşılan xəbərin köhnə olması haqqında istifadəçilərə məlumat verəcək.

"Facebook" rəsmilərinin bildirdikləri məlumata görə istifadəçilər 90 gündən daha köhnə bir xəbəri paylaşdıqları zaman onlara bildiriş göstəriləcək. Rəsmilərin sözlərinə görə, yeni funksiya ilə birliktə köhnə xəbərlərin təkrar gündəmə gətirilməsi azalacaq və istifadəçilərin qarşısına daha yeni xəbərlər çıxarılacaq. Lakin bu yeni funksiyanın nə qədər effektiv olacağını demək hələlik mümkünsüzdür.

Qeyd edək ki, bu bildiriş sisteminin bir bənzəri də Instagram platformunda mövcuddur. Yaxın günlərdə yeni funksiyanın istifadəyə verilməsi gözlənilir. (technote.az)

Cebhe.info


Oxunma sayı: 1992