hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

"Facebook"un "ağıllı saat"ı bu qiymətə satılacaq

"Facebook"un "ağıllı saat"ı bu qiymətə satılacaq

Sosial media nəhəngi "Facebook" tərəfindən bazara çıxarılacaq "ağıllı saat"ın qiyməti açıqlanıb.

Cebhe.info xəbər verir ki, "The Verge" jurnalı "ağıllı saat" barəsində ətraflı məlumat paylaşıb.

Belə ki, məlumatda saatın ekranı smartfon telefonlardakı kimi foto və video kamerası olacaq. Saat vasitəsilə çəkilən fotoları "Facebook" və "Instagram"da həmin anda paylaşmaq mümkündür.

"The Verge"də yer alan xəbərə görə, "Facebook" işçiləri saatın təxminən qiymətini 400 dollar olduğunu bildiriblər. "Facebook"un 2019-cu ildən bəri "ağıllı saat"ı inkişaf etdirməyə təxminən 1 milyard dollar xərclədiyini söylənilib.

Saatın ağ, qara və qızıl rəngdə olacağı bildirilir.

Cebhe.info


Oxunma sayı: 936