hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Fed faiz qərarını açıqladı

Fed faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankının (Fed) Çərşənbə axşamı günü başlamış pul siyasəti yığıncağı bu gün sona çatıb.

Marja xəbər verir ki, Fed faizlərində dəyişiklik etməyərək 0 - 0.25% aralığında saxlayıb.

Fed faizi 15 Martda Kovid-19-dan qaynaqlanan ziyanı yumşalda bilmək üçün sıfıra yaxınlaşdırmışdır və sonradan bu səviyyədə saxlayır.

Fed sədri inflyasiyanın 2%-lik hədəfi aşmasına icazə veriləcəyini və orta rəqəmin nəzərə alınacağı mesajını vermişdir.

Fed-in rəsmi şəxsləri 2023-cü ilə qədər faizlərdə dəyişiklik olacağını gözləmirlər. 17 rəsmidən 13-ü 2023-cü ilə qədər faiz dəyişikliyi gözləmir.

Fed bəyan edib ki, Covid - 19 pandemiyası iqtisadi fəaliyyətlərə təzyiq etməkdə davam edir.

Cebhe.info


Oxunma sayı: 1398