hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Federasiya daha bir idmançını ölkəsinə göndərdi

Federasiya daha bir idmançını ölkəsinə göndərdi

Atletika üzrə milli komandamızın daha bir "milliləşdirilmiş" üzvü Anna Skidan heyətdən uzaqlaşdırılıb.

Bu barədə Unikal.org-a açıqlamasında Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov məlumat verib.

Bildirib ki, idmançının sonuncu nəticələri ürək açan olmadığı üçün ölkəsinə göndərilib.

"Onun Avropa Oyunlarında olan nəticələri də bizi qane etməmişdi. Ona görə hazırda Ukraynada ölkəsindədir. Düzdür, hələki, bizim onunla müqaviləmizin vaxtı bitməyib. Ancaq onun çıxışları ilə bağlı fikrimdə yenə də qalıram. A.Skidan istədiyimiz vaxt milliyə qayıda bilər".

Qeyd edək ki, atletikanın disk atma, çəkic atma və nüvə itələmə növləri üzrə millimizi 2012-ci ildən təmsil edir. Elə həmin ildən Azərbaycan vətəndaşlığını qəbul edib.

Xatırladaq ki, Azərbaycan Atletika Federasiyası bir müddət öncə federasiya millinin Efiopiya əsilli üzvü Hayle İbrahimovla vidalaşdıqlarını açıqlamışdı.

Cebhe.info


Oxunma sayı: 353