hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Fəhlələr baş naziri istefaya göndərdi

Fəhlələr baş naziri istefaya göndərdi

Finlandiyanın Baş naziri Antti Rinne istefaya gedib.

Cebhe.info-nun məlumatına görə, buna səbəb ölkədə poçt xidməti işçilərinin tətili ilə bağlı yaranmış qalmaqal olub. İndi sağçı Sosial-Demokrat Partiyası Pinnenin siyasi varisini seçməlidir. Baş nazir Antti Rinne istefasının qəbul olunması ilə bağlı Prezident Sauli Ninistyöyə müraciət edib. 

“Mən istefanızı qəbul edirəm və səlahiyyətlərinizin icasını davam etdirməyinizi xahiş edirəm”, - Prezident Nininistyö Rinneyə cavabında belə yazıb.

Xatırladaq ki, Finlandiyada poçt işçilərinin tətili noyabr ayının ortalarında başlayıb. Bunun əsas səbəbi həmkarlar ittifaqları ilə işəgötürənlər arasında iş şəraiti ilə bağlı yaranmış fikir ayrılığıdır. Poçt xidməti işçiləri dekabrın 8-dək tətil etmək niyyətində olduqlarını elan edib. Sonradan yekun tarix dekabrın 22-ə dəyişdirildi və tətil edənlərin sayı 10 min nəfərə çatdı. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 606