hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Feldmarşal Həftər Moskvaya öz adamlarını göndərib

Feldmarşal Həftər Moskvaya öz adamlarını göndərib

Liviyanın bir hissəsinə nəzarət edən qiyamçı feldmarşal Xəlif Həftər Moskvaya nümayəndə heyəti göndərib.

Bu haqda Həftərin başçılıq etdiyi Liviya Milli Ordusunun nümayəndəsi Xaled əl-Məcub bildirib.

Nümayəndə heyətinin Moskvaya səfərinin məqsədi və detalları açıqlanmır.

Sonuncu dəfə Həftər özü 2020-ci ilin yanvarında Moskvaya səfər etmişdi.

Onunla eyni vaxtda Liviyanın milli barışıq hökumətinin rəhbəri Faiz Sarac (hazırda baş nazir deyil - red.) də Moskvaya gəlmişdi.

Ehtimal edilirdi ki, onlar atəşkəs haqda razılaşma əldə edəcəklər, amma danışıqlar baş tutmamışdı və Həftər paytaxt Tripoliyə hücumları davam etdirmişdi.

Lakin Türkiyənin Sarac hökumətinə dəstək verərək Liviyaya öz qüvvələrini göndərməsi və Həftərin ordusuna qarşı “Bayraktar”ları işə salması qiyamçı marşalın planlarını pozdu. O, daha sonra atəşkəsə razılaşmalı oldu.

Cebhe.info


Oxunma sayı: 584