hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

Fələstinli diplomat Trampın planını təhlükəli adlandırdı

Fələstinli diplomat Trampın planını təhlükəli adlandırdı

ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə vəziyyətin nizamlanması ilə bağlı “Əsrin müqaviləsi” adlı planı Fələstin-İsrail münaqişəsinin həllini çətinləşdirə bilər.

Cebhe.info-nun məlumatına görə, qeyd edilən açıqlamanı Fələstin Muxtariyyətinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl verib. 

O bildirib ki, münaqişənin nizamlanması ilə bağlı vəziyyətdə əvvəllər müsbət əlamətlər müşahidə olunsa da, hazırda geriləmə baş verir. 

“Amerika rəhbərliyinin son addımları, xüsusilə də Qüdsü İsrailin paytaxtı kimi tanıması vəziyyəti əngəlləyir”, - səfir belə deyib. 

Diplomat əlavə edib ki, “Əsrin müqaviləsi”nin elan edilməsindən sonra vəziyyət daha da pisləşəcək. 

Xatırladaq ki, mayın 7-də Donald Trampın planının detalları açıqlanıb. Həmin təkliflər paketi İsrail, Fələstin Azadlıq Təşkilatı və Həmas hərəkatı arasında Yeni Fələstin dövlətinin yaradılmasına dair sazişin imzalanmasını nəzərdə tutur.  Bu dövlətin ərazisinə İordan çayının qərb sahili, Qəzza bölgəsində yəhudilərin məskunlaşmadığı ərazilər daxil olmalıdır. Təcrid edilmiş yaşayış məntəqələrini birləşdirən yəhudi yaşayış məskənləri İsrailə məxsus olacaq. Bundan başqa, Qüds şəhəri Yeni Fələstinin və İsrailin birgə paytaxtı statusunu alacaq. Ərəb sakinlər Fələstin dövlətinin vətəndaşı olacaq. Fələstin Misirdən Qəzza zolağı yanaşı olan ərazini icarəyə götürəcək. 

Prezident Trampın kürəkəni Cerard Kuşner “Əsrin müqaviləsi”nin iyun ayında imzalanacağını deyib. 
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 287