hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Fermer bir daşla ölkəsini 2,29 metr böyütdü

Fermer bir daşla ölkəsini 2,29 metr böyütdü

Belçikalı bir fermerin Fransa sərhədindəki təsadüfi hərəkəti ölkəsinin sərhədini genişləndirib.

Cebhe.info yerli KİV-lərə istinadən xəbər verir ki, Belçikanın Erquelinnes bələdiyyəsində meşədə gəzən bir şəxs Fransa-Belçika sərhədini işarələyən daşın 2.29 metr sürüşdürüldüyünü görüb.

Vəziyyəti müvafiq qurumlara bildirildikdən sonra sərhədi işarələyən daşı traktorunun marşrutu ilə üst-üstə düşən və bu vəziyyətdən narahat olan belçikalı fermerin irəli sürüşdürdüyü anlaşılıb.

Fransa televiziya kanalı TF1-ə danışan Erquelinnes Bələdiyyəsinin başçısı David Lavau fermerin hərəkətinin yaxşı fikir olmadığını deyib:

"Bu hərəkət Belçikanin genişlənməsinə, Fransanın da kiçilməsinə gətirib çıxarıb. Bu, yaxşı bir fikir deyil. Bu cür hərəkət qonşu dövlətlər bir yana, xüsusi torpaq mülkiyyətçiləri arasında da problemlərə səbəb ola bilər".

Bununla belə, bələdiyyə başçısı Lavau bu xəbərdən xoşbəxt olduğunu deyib:

"Xoşbəxt idim, qəsəbəmiz böyüdü. Ancaq Bousignies-sur-Roc (Fransa bölgəsi) bələdiyyə başçısı mənimlə razılaşmadı".

Qonşu Fransa kəndinin bələdiyyə başçısı Aurelie Velonek isə yeni “sərhəd müharibəsi”ndən çəkinməli olduqlarını bildirib.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 1761