hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

"Fətəliyeva həyat yoldaşının birinci arvadını öldürüb, öz körpəsini isə..." - Həbsxanada övlad böyüdən analar

"Fətəliyeva həyat yoldaşının birinci arvadını öldürüb, öz körpəsini isə..." - Həbsxanada övlad böyüdən analar

İctimai televiziya cəzaçəkmə müəssisələrində övlad böyüdən qadın məhkumlarla bağlı reportaj hazırlayıb.

Cebhe.info xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Gülüş Fətəliyeva törətdiyi əməlindən peşmanlıq hissi yaşadığını bildirir. O, bildirir ki, həyat yoldaşının birinci arvadı övladını döydüyü üçün onu qətlə yetirib. Gülüş üçüncü övladını cəzaçəkmə müəssisəsində dünyaya gətirib.

9 il həbs cəzası alan qadın həm də digər iki övladından ayrı düşüb. Oğlu Yusifin 3 yaşı tamam olduqdan sonra anasından ayrılmağa məcbur qalacaq. Çünki qanunla körpənin anası ilə birgə yaşamasına yalnız 3 yaşına kimi icazə verilir.

Digər məhkum Zemfira Bağırzadə də G.Fətəliyeva ilə bənzər  taleyi yaşayıb. O, bildirir ki, həbs olunarkən hamilə olub. Buna görə də o, övladını həbsxanada dünyaya gətirib. Hazırda 1 yaş yarımlıq olan övladı onunla yaşayır. Övladının evə getməyinə 7 ay qalıb.

Cebhe.info


Oxunma sayı: 518