hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Fəxrəddin Manafov: "Yataqda olsam da, DÖYÜŞƏ GETMƏYƏ HAZIRAM"

Fəxrəddin Manafov: "Yataqda olsam da, DÖYÜŞƏ GETMƏYƏ HAZIRAM"

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

O bildirib ki, Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.

Bundan başqa, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Bu ürəyi vətənpərvərlik eşqi ilə döyünən, qələbə əzmi ilə yaşayan Azərbaycan Xalqı üçün sevindirici xəbərdir.O cümlədən, bu xalqın nümayəndəsi olan sənətkarlarmız üçün də.

Elə hazırda səhətində ciddi problem olan 65 yaşlı Xalq artisti Fəxrəddin Manafov BiG.AZ-a açıqlama verərək, hər an müharibəyə getməyə hazır olduğunu bildirib.

“Mənim 65 yaşım var və səhətimdə ciddi problem olsa da, bu məni döyüşə getməkdən yayındıra bilməz!.

Mən hər dəfə ordumuzun qələbə xəbərini eşidəndə çox sevinirəm və qürür duyuram.Nəhayət ki, bir neçə kəndimizin işğaldan azad ediləcəyi günü gördüm.
İnanıram ki, bayrağımız işğal olunmuş torpaqlarımızda dalğalanacaq.

Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə bizim olacaq, biz zəfər çalacağıq.

Mən Azərbaycan ordusuna qüvvə, iradə, əzm və səbr arzu edirəm".

Cebhe.info


Oxunma sayı: 1431

Bizim Telegram səhifəmizi izləyin