hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

FHN-nin yanğını söndürməyə gedən maşını çayda batdı

FHN-nin yanğını söndürməyə gedən maşını çayda batdı

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Cebhe.info report-a istinadən məlumatına görə, ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

Cebhe.info


Oxunma sayı: 716