hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Film kimi qətl: 2 nəfəri öldürdü, girovla bərabər dağa qaçdı və...

Film kimi qətl: 2 nəfəri öldürdü,  girovla bərabər dağa qaçdı və...

Qırğızıstandakı "Xan -Tehir" düşərgəsində 3 kilomet məsafədə 2 nəfərin qatili olduğu bildirilən Sergey Smirnovun cəsədi tapılıb.

Cebhe.info xəbər verir ki, bu barədə “24Kg” nəşri yazıb.

Nəşrin məlumatına görə, cəsəd kamuflyaj geyimdə olub. Onun yanında karabin və 25 patron da tapılb. Yerli polisin məlumatına görə, cəsəd ekspertiza üçün göndərilib. Analiz nəticəsindən sonra cəsədin kimə məxsusluğu bəlli olacaq.

29 yaşlı Smirnov sözügedən düşərgədə mühafizəçi işləyib. 4 iyul 2019-cu ildə gözlənilmədən yeməkxanaya gedərək karabindən atəş açıb. Ölənlər düşərgənin direktor müavini və əməkdaşı olub. 3-cü şəxs Smirnovu zərərsizləşdirmək istəyib, ancaq əlindən bıçaq zərbəsi alıb. Smirnov onu girov götürərək meşədə gizlənib. Ancaq səhəri gün həmin şəxs qayıdıb və bildirib ki, Smirnov onu könüllü azad edib.

2019-cu iln payızında Smirnov beynəlxalq axtarışa verilib. Onun Qazaxıstana keçdiyi güman edilib. Smirnov yetim olduğuna görə Qırğızıstanda heç bir qohumu yoxdur.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1134