hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Flora Kərimova, Tünzalə Ağayeva, Elza Seyidcahan: Kim deputat olmaq istəyir?-  “Sənətdəkilərin 99%-i yaltaqdır” - SORĞU 

Flora Kərimova, Tünzalə Ağayeva, Elza Seyidcahan: Kim deputat olmaq istəyir?-  “Sənətdəkilərin 99%-i yaltaqdır” - SORĞU 

Azərbaycanda parlament seçkilərində iştirak etmək arzusunda olan müğənnilərin sayı artır. 

Son olaraq müğənni  Cəmilə də seçkidə iştirak arzusunu ortaya qoyub. 

Maraqlıdır, başqa hansı müğənnilərin parlamentdə əyləşmək arzusu var? 

Xalq artisti Flora Kərimova məsələyə bir qədər fərqli yanaşaraq , sənətçinin deputatlığa namizədliyini irəli sürməməli olduğunu bildirib: 

“Namizədliyimi bir dəfə irəli sürdüm və qələbə ilə nəticələndi. Birinci gün nəticəni elan elədilər, sonra gördülər, yox, mən yaman gedirəm, səhəri gün mənim seçimimə böhtan atdılar. Mən deputat seçilmiş yeganə namizəd idim ki, əlimdə protokolum vardı. Məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət etdim və qazandım, 67 min avro təzminat aldım. Mən bir dəfə deputat olmuşam və bu, mənim bəsimdir. İstəyərdim ki, sənət adamları namizədliyini irəli sürməsin. Sənətdəkilərin 99%-i yaltaqdır. Əgər parlamentə sənətkar yox, sənətçilər gəlsə, böyük problem olar”. 

Flora Kərimova vəzifə öhdəliklərindən də söz açıb: 

“Vəzifədə olmaq üçün mənəvi təmizlik lazımdır. Bəzən ora elələri göz dikir ki.  Elə şəxslərin qarşısına mən fərdi bir vətəndaş kimi çıxacağam. İcazə vermərəm ki, mənim millətimin sözünü bu millətə layiq olmayan insan desin. Mən o yatan millət vəkillərini də kürsüdə görmək istəməzdim. Bu millətdən heç nə gizlətmək olmur.  Bu şəxslər vəzifədə olmamalıdır”.

Əməkdar artist Tünzalə Ağayeva namizədliyini irəli sürmək fikrində olmadığını deyib: 

“Namizədliyimi irəli sürmək fikrim yoxdur. Müğənnilərin namizədliklərini irəli sürmələrinə gəldikdə, bu, hər kəsin şəxsi seçimidir. Əgər kimsə özünü o kürsüdə görürsə, buna bir şey deyə bilmərik, təki insanlara xeyirləri toxunsun, burada pis heç nə yoxdur”. 

Bir dəfə deputatlığa namizəd olmuş Elza Seyidcahan isə daha bu barədə danışmaq istəmir.

Müğənni-bəstəkar konfransda olduğunu deyərək sualı cavablandırmaqdan imtina edib.

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 870