t Fond birjası hərrac keçirib
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Fond birjası hərrac keçirib

Fond birjası hərrac keçirib

14 yanvar 2020-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105002783 ISIN kodlu, tədavül müddəti 728 gün olan 15.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Cebhe.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, AZ0105002783 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 88.4 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 15.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.0381 (gəlirlilik 5.9418%) səviyyəsində müəyyən edilib. Bildirək ki, istiqrazların ödəmə müddəti 11 yanvar 2022-ci ildir. 
Cebhe.info


Oxunma sayı: 1321