hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Fond kompensasiya ödənişlərini yekunlaşdırır

Fond kompensasiya ödənişlərini yekunlaşdırır

Noyabrın 24-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 879 əmanətçiyə 597,55 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Cebhe.info xəbər verir ki, bu haqda Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Fonddan bildirilib ki, bu il iyunun 16-dan noyabrın 24-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 225,48 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4481 əmanətçiyə 105,35 milyon manat, "NBC Bank" üzrə isə 4094 əmanətçiyə 120,13 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 24-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 372 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5689 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 138 milyon manat, "Ata Bank" üzrə 9615 əmanətçiyə isə 234 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1057

Bizim Telegram səhifəmizi izləyin