t "Ford"la minik avtomobili toqquşdu - Ölən və yaralananlar var
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

"Ford"la minik avtomobili toqquşdu - Ölən və yaralananlar var

"Ford"la minik avtomobili toqquşdu - Ölən və yaralananlar var

Cəlilabad rayonunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb. 

İlkin məlumata görə, "Ford" markalı yük avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Nəticədə şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfər ölüb. İki nəfər - Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Tahirov Yaşar Ərəb oğlu və Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Bədəlova Gültəkin Əyyub qızı yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1112