hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Formula 1" Qran-prisinin qalibi məlum oldu

"Formula 1" Qran-prisinin qalibi məlum oldu

Şpilberq avtodromunda "Formula 1" üzrə Avstriya Qran-prisi keçirilib.

Unikal.org xəbər verir ki, dünya çempionatının mövsümdə ilk mərhələsinin qalibi "Mercedes" pilotu Valtteri Bottas olub. Finişə ikinci yerdə onun komanda yoldaşı Lüis Hemilton çatsa da, "Red Bull" pilotu Aleksander Albonla toqquşması üzündən cərimə alıb və nəticədə 4-cü olub.

İkinci yer "Ferrari" pilotu Şarl Leklerə qismət olub. "McLaren"dən Lando Norris isə üçüncülüklə kifayətlənib.

Ümumilikdə 20 pilotdan 11-i finişə çata bilib. 9 nəfər isə müxtəlif səbəblərdən yarışı yarımçıq dayandırmalı olub.

Cebhe.info


Oxunma sayı: 2146