hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Fotomüsabiqənin qalibləri mükafatlandırılıb

Fotomüsabiqənin qalibləri mükafatlandırılıb

Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi “Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb.

Cebhe.info xəbər verir ki, bu barədə Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat verib.

O bildirib ki, qalibləri peşəkar fotoqraflardan ibarət münsiflər heyəti seçib.

Müsabiqədə 1-ci yerə Etibar Cəfərov, 2-ci yerə Aleksandr Firstov, 3-cü yerə isə Rauf Umud layiq görülüb. Qaliblərə 1-ci yer üçün 1500 AZN, 2-ci yer üçün 1000 AZN, 3-cü yer üçün 500 AZN pul mükafatı təqdim olunub.

Müsabiqənin "Mobiloqrafiya" nominasiyasının qalibləri isə Selcan Ələsli (1-ci yer), Almaz Bağırzadə (2-ci yer) və Kənan Süleymanovdur (3-cü yer).

Qeyd edək ki, münsiflər heyətinin "Mobiloqrafiya" bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib Dənizkənarı Bulvar İdarəsinin “İnstaqram” səhifəsində izləyicilərin səsvermə yolu ilə müəyyənləşib. Bu nominasiya üzrə qaliblərə 1-ci yer üçün 300 AZN, 2-ci yer üçün 200 AZN, 3-cü yer üçün 100 AZN pul mükafatı təqdim olunub. 

Hicranə
Cebhe.info


Oxunma sayı: 200