hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Fransa bu ölkələr üçün sərhədləri açdı – SİYAHI

Fransa bu ölkələr üçün sərhədləri açdı – SİYAHI

Bu gündən etibarən Fransa vaksin olunmuş turistlərə sərhədlərini açıb.

Cebhe.info xəbər verir ki, bu barədə fransız hakimiyyətinə istinadən,"İnterfaks" məlumat yayıb.

Məlumata görə, yalnız "yaşıl" qrupa adı düşən ölkələrin peyvənd olunmuş vətəndaşlarına Fransa sərhədləri açıqdır.

"Yaşıl" qrupa daxil olan ölkələr - Avropa İttifaqı ölkələri, Avstraliya, Cənubi Koreya, Yaponiya, Livan, Sinqapur, Yeni Zelandiya və İsraildir.

Rusiyanın adı isə "narıncı" zonaya aid olduğundan bu ölkənin vətəndaşlarına Fransa sərhədlərini keçmək üçün koronavirusa qarşı analizin cavabı mənfi olan arayışlar təqdim etmələri lazım gələcək, vaksinasiya isə mütləq Aİ tərəfindən təsdiq edilmiş vaksinlə olunmalıdır.

Qeyd edək ki, bu şərtlər "narıncı" zonaya adı düşən ABŞ və Böyük Britaniyaya da aiddir.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 606