hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Fransada azərbaycanlı mühacirləri qanunsus işlərə cəlb edən qruplaşma aşkarlandı

Fransada azərbaycanlı mühacirləri qanunsus işlərə cəlb edən qruplaşma aşkarlandı

Fransanın şimal-qərbindəki Rannes şəhərində Azərbaycandan gedən mühacirləri qeyri-leqal çalışdıran və onların hesabına milyonlarla avro qazanan mütəşəkkil qruplaşmaya qarşı əməliyyat keçirilib. Virtualaz.org “Euronews”a istinadən xəbər verir ki, 12 nəfərlik qruplaşmanın 3 üzvü barəsində həbs qətimkan tədbiri çıxarılıb, qalanları polis nəzarətinə verilib.

Prokurorluq bildirir ki, həmin qruplaşma üzvləri saxta şirkətlər yaradaraq çirkli pulların yuyulmasını həyata keçirib. Qruplaşmaya daxil olan, Nantes şəhərində yaşayan Türkiyə vətəndaşı isə Azərbaycan və Türkiyədən saxta sənədlərlə qeyri-leqal mühacirlərin Fransaya aparılmasını, orada qanunsuz yollarla işlətdiyi və onlara qalmağa yer təşkil etdiyi bildirilir.

Şübhəlilər 2018-ci ildən bu yana 4 fərqli şirkət üzərindən bu fəaliyyətləri həyata keçiriblər. Onlar 2018-2021-ci illərdə 4 milyon avrodan çox vəsaiti əsasən Türkiyədəki bank hesablarına ötürüblər. Bundan bir neçə gün əvvəl Fransa polisi ölkənin şimal bölgələrində əsasən tikintilərdə işləyən bir qrup qeyri-leqal mühaciri saxlamışdı.

Cebhe.info


Oxunma sayı: 628